Bakıdan Batumiyə avtobus reysi yenidən açılır

Bakıdan Batumiyə avtobus reysi yenidən açılır

 İyulun 2-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gürcüstanın Batumi şəhərinə avtobus reysi həyata keçiriləcək.
 
Kompleksdən "Report"a verilən məlumata görə, reyslər həftənin 1, 3, 5-ci günləri baş tutacaq. 
Avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dır. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3, 5, 7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir. Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. 
Sərnişinlərə tövsiyə edilir ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar. 
 
Aktual.az
Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR