Bakıda yeni marşrut xətti istifadəyə verildi

Bakıda  yeni marşrut xətti istifadəyə verildi

Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Bakı şəhərinin marşrut xətlərində təkmilləşdirmə işlərinin aparılması çərçivəsində 2 saylı avtobus marşrut xəttini 21 nömrəsi ilə əvəzləyib.
Aktual.az Report-a istinadən xəbər verir ki, 2 nömrəli marşrutun xətti bu gündən etibarən 21 nömrəsi ilə fəaliyyət göstərir. Lakin 21 nömrəli marşrut da əvvəlki 2 nömrəli marşrut xəttinin yolu ilə hərəkət edir: "Xətai" metrosu-Nobel prospekti-C.Naxçıvanski adına Hərbi Lisey-Gəncə prospekti-Ukrayna dairəsi-"Əhmədli" metrosu-"Xətai" metrosu. Əvvəlki 2 saylı marşrut xətti ləğv olunub.
Qeyd edək ki, 21 nömrəli marşrut saat 06:00-dan 24:00-a kimi sərnişinlərə xidmət edir.
Bu istiqamət üzrə 12 avtobus hərəkət edir.

Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR