Bakıda xəstəlik aşkarlanan uşaqların sayı açıqlandı

Bakıda xəstəlik aşkarlanan uşaqların sayı açıqlandı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator - poliklinik tibb müəssisəsi tərəfindən 730606 nəfər uşaq əhalisinə tibbi xidmət göstərilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, yekun statistik məlumatlara əsasən uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalıb və bu xəstəliklərin 25%-i məhz icbari tibbi müayinələr zamanı aşkar olunub.
2016-cı ilin 11 ayı ərzində uşaq poliklinikaları tərəfindən icbari tibbi müayinədən keçirilməsi planlaşdırılan 679420 nəfər uşaqdan 633936 nəfər uşaq (93%) müayinəyə cəlb edilib.
Cari ilin 11 ayı ərzində müayinəsi nəzərdə tutulmuş 0-5 yaşda olan 224967 uşaqdan 209071 nəfəri (93%) profilaktik müayinədən keçib ki, onların 24%-i mütəşəkkil, 76%-i isə qeyri mütəşəkkil qrupa aiddir. Müayinə edilmiş 0-5 yaş uşaqlardan 6318 uşaq (3%) dispanser qeydiyyata alınıb və ambulator müalicəyə cəlb olunub. Cari ilin 9 ayı ərzində dispanser qeydiyyatda olan 0-5 yaş xəstə uşaqlar arasında sağalma ilə dispanser qeydiyyatdan çıxarılma (dispanser effektivlik) 67 % təşkil edir.
6-13 yaşda olan 320962 uşaqdan 302354 uşaq (94%) müayinə olunub. Onlardan 90%-i məktəblilər təşkil edir. Aparılan müayinələr nəticəsində 7921 uşaq (2.6%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb edilib.
14-17 yaşda olan 133491 uşaqdan 122511 uşaq (92%) müayinə olunub. Onlardan 93%-i məktəblilər təşkil edir. 4110 uşaq (3,3%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınıb və ambulator müalicəyə cəlb edilib.
Müayinələr nəticəsində xəstəlik aşkar edilmiş 52323 nəfər (8.3%) uşaqdan 18349 nəfəri (35%) dispanser qeydə alınıb, 1295 nəfər (2,5%) ixtisaslaşmış yardım alması üçün stasionara hospitalizə edilib, qalanları isə ambulator müalicəyə cəlb olunub.
Aparılan ambulator müalicələr nəticəsində qeydiyyatda olan dispanser xəstələrin 62 %-i sağalma ilə dispanser qeydiyyatdan çıxarılıb.
 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR