Bakıda xanım həkimlərin içki məclisi - Rəsmi açıqlama

Bakıda xanım həkimlərin içki məclisi - Rəsmi açıqlama

Bu gün sosial şəbəkələrdə Bakı Sağlamlıq Mərkəzinin həkimlərinin iş yerində içki məclisindən fotolar yayımlanıb. 

Aktual.az  aznews.az-a istinadən xəbər verir ki, fotoda həkimlərin əllərində içki qədəhlərinin, stolun üzərində isə içki şüşəsinin olması ciddi müzakirələrə səbəb olub. Xanım həkimlərin ağ xalatda olması və boğazlarından iş vəsiqələrinin asılması məclisin iş yerində olması ilə bağlı narahatlıq yaradır. 

Məsələ ilə bağlı AzNews.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzindən bildirildi ki, sözü gedən foto 3 il bundan əvvəl çəkilib: 

"Bu bizim mərkəzdə olmayıb. Tibb işçilərinin peşə bayramında çəkilib". 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, fotodakı həkimlər peşə bayramlarını qeyd edirlər: 

"Onlar peşə bayramlarını restoranda qeyd edirlər".
 
Aktual.az 
Xəbər 4585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR