Bakıda top mərmisi tapıldı

Bakıda top mərmisi tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Aktual.az FHN-nin saytına istinadən bildirir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib. Sursatın top mərmisi olduğu müəyyənləşdirilib. Onlar mərmini xüsusi ayrılmış ərazidə zərərsizləşdiriblər.

Əməliyyat saat 15:55-də başa çatıb.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR