Bakıda tıxacları azaltmaq üçün Nəqliyyat Mübadilə mərkəzləri yaradılır

Bakıda tıxacları azaltmaq üçün Nəqliyyat Mübadilə mərkəzləri yaradılır

"Şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılmasına başlanılıb”.

"APA-Economics”in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin 1 illiyi barədə məlumat verən agentliyin rəhbəri Vüsal Kərimli bildirib.

İlk belə mərkəzin metronun "Koroğlu” stansiyası yaxınlığında yaradıldığını deyən V. Kərimli bildirib ki, bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşrut avtobuslarının şəhərmərkəzinə girişi məhdudlaşdırılıb.

"Sərnişinlərin bu aradan şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir. Artıq "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə "Avtovağzal”, "Dərnəgül”, "28 May” metro stansiyaları və "Lökbatan dairəsi” ətrafında da Nəqliyyatı Mübadilə Mərkəzilərinin yaradılması nəzərdə tutulub”, - deyə V.Kərimli vurğulayıb. 
 
Aktual.az
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR