Bakıda tapılan ayı balası nazirliyə verildi

Bakıda tapılan ayı balası nazirliyə verildi

Bakının Suraxanı rayonunda, Zığ qəsəbəsi, Hövsan yolunun üstündə tapılan ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, ayı balası Altıağac milli parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.

İ.İbrahimova qeyd edib ki, klinikada müayinə edildikdən sonra ayı balası vəhşi təbiətə buraxılacaq.

Qeyd edək ki, dünən Bakının Suraxanı rayonunda, Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında ayı balası peyda olmuşdu.

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR