Bakıda səsli işıqforlar quraşdırılacaq

Bakıda səsli işıqforlar quraşdırılacaq

Bakıda "Ağ şəhər” layihəsi çərçivəsində "Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 3 km-ə yaxın əsas və kəsişən bir neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir. 

"Azəravtoyol" ASC-dən Aktual.az-a  verilən məlumata görə, tikinti Xəqani Rüstəmov küçəsinin 520 metrlik hissəsi, 1-ci Yaşıl ada küçəsinin 420 m-lik hissəsi, 2-ci Yaşıl ada küçəsinin 450 m-lik hissəsi və bu küçələrlə kəsişən və hər birinin uzunluğu 113 m olan 4 kiçik küçəsində aparılır.

Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 500 ədəd yol işıqlandırma dirəkləri quraşdırılır. Bundan başqa şəhər salma prinsiplərinə uyğun olaraq yolların kənarlarında (səkilərdə) fiziki qüsurlu vətəndaşların rahat hərəkəti üçün səsli svetaforlar, səkiyə qalxıb-enmək üçün enişli-yoxuşlu ramplar qoyulacaq, həmçinin avtomaşınlar rahat parklaması üçün xüsusi parking yerləri də nəzərdə tutulub. 
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR