Bakıda saxta pul kəsən şəxs tutuldu

Bakıda saxta pul kəsən şəxs tutuldu

Bakı sakinindən saxta əskinaslar aşkarlanıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 39 ədəd saxta 20 manatlıq saxta əskinas Bakı şəhər sakini Vüsal Cəlilovdan götürülüb.

V.Cəlilov Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “HP” markalı rəngli printer aşkar edilərək götürülüb.

Xəbər 1124 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR