Bakıda qadın xarici vətəndaşların evini qarət etdi

Bakıda qadın xarici vətəndaşların evini qarət etdi

Bakıda xarici vətəndaşların kirayə qaldıqları evdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefon və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.


Xəbər 218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR