Bakıda qadın sürücü qəza törətdi, xəsarət alan var - FOTO

Bakıda qadın sürücü qəza törətdi, xəsarət alan var   - FOTO

Faktla bağlı araşdırma aparılır.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, yol qəzası Bakıxanov küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb.

25 yaşlı Abdullayeva Ayşəm Azər qızının idarı etdiyi “Hyundai” markalı avtomobil 27 yaşlı Qurbanov İlqar Məmməd oğlunun idarı etdiyi “Daewoo” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “Daewoo”nun sürücüsü xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası İlqar Qurbanovu xəstəxanaya aparıb. “Hyundai”nin sürücüsü Ayşəm Abdullayeva bildirib ki, qarşıdakı avtomobil qəfildən dayanıb və o, maşını saxlaya bilməyib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR