Bakıda parada görə dəyişdirilən yollarda məhdudiyyət ləğv edildi

Bakıda parada görə dəyişdirilən yollarda məhdudiyyət ləğv edildi

Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
 
Aktual.az-ın məlumatına görə, sözügedən ərazilərdə dəyişdirilən hərəkət istiqaməti əvvəlki vəziyyətinə qaytarılıb.
 
Qeyd edək ki, paradla bağlı olaraq 24-26 iyun tarixlərində hərəkət Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsünün üzərindən keçərək Yusif Səfərova doğru tənzimlənib.
 
İki gün ərzində Neftçilər prospektindən gələnlər Rəşid Behbudov küçəsinin kəsişməsindən 28 maya dönüb, Puşkin küçəsindən gələnlər sağa, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinə, Azadlıq prospektindən gələnlər isə Zərifə Əliyeva küçəsinin kəsişməsindən sağa, Rəşid Behbudov küçəsi istiqamətində hərəkət edirdi.
 
Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR