Bakıda musiqi festivalı keçiriləcək

Bakıda musiqi festivalı keçiriləcək

İyunun 21-də Bakı şəhərində musiqi festivalı keçiriləcək.

"Report" Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu dəfə musiqi İçərişəhərdə, Bakının Nizami küçəsində, Fəvvarələr meydanında və şəhərin digər yerlərində səsləndiriləcək.
Tədbir Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu tərəfindən Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, Street Food Festival və Maks Eventslə birgə təşkil olunacaq.

Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini təbliğ edir.

Aktual.az
Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR