Bakıda mühüm tədbir başladı

Bakıda mühüm tədbir başladı

Bakıda Asiya Parlament Assambleyasının (АPА) 14-cü plenar sessiyasının açılış mərasimi keçirilir.
Aktual.az xəbər verir ki, sessiya "Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.
Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və АPА-nın yekun hesabatı qəbul ediləcək.
Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR