Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, "102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonunun Xaqani və H.Hacıbəyov küçələrində əcnəbi vətəndaşların yaşadıqları 2 mənzildən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Məlumatlarla əlaqədar Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzillərin birindən 3 ədəd velosiped, digərindən isə mobil telefon, ətir və tütün məmulatının oğurlandığı müəyyən edilib.

"İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Dünyamalıyev olduğu müəyyən edilib.

Oğurlanmış velosipedlər və mobil telefon maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR