Bakıda məktəbə gedəcək uşaqların 96 faizi artıq 1-ci sinfə qəbul olunub

Bakıda məktəbə gedəcək uşaqların 96 faizi artıq 1-ci sinfə qəbul olunub

Bakıdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizi yerinə yetirilib.


Aktual.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindənTrend-in sorğusuna cavab olaraq bildirilib ki, avqustun 28-nə (saat 17:30) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 47 172 sorğu yerləşdirilib.

Onlardan 44 038-i ümumi təhsil məktəblərini, 3 134-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizindən çoxdur.Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır.

Xəbər 182 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR