Bakıda məktəb binasının qarşısında polisin paqonlarını cırdılar

Bakıda məktəb binasının qarşısında polisin paqonlarını cırdılar

Tədris ilinin ilk günündə.

Bakıda tədris ilinin ilk günündə məktəb binasının qarşısında polis paqonlarından məhrum olub.

Aktual.az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon polis idarəsindən bildiriblər.

Əldə edilən məlumata əsasən, xoşagəlməz hadisə Yeni Günəşli qəsəbəsində 282 saylı məktəbin binasının qarşısında səhər saat 8.00-da baş verib.

Məlum olduğu kimi, Hyunday Azera markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü Qoşqar Xuduzadə maşını icazə olmayan yerdə park edib.  

Xidməti borcu ilə əlaqədar həmin ərazidə olan Suraxanı rayonu 33-cü polis bölməsinin baş leytenantı, 1989-cu il təvəllüldü  Anar Güləliyev və çevik reaksiya alayının çavuşu 1986-cı il təvəllüdlü Adil Novruzov sürücüyə xəbərdarlıq ediblər və ona maşını park etdiyi yerdən kənara çəkməyi xahiş ediblər. 

Amma Xuduzadə polislərin qanuni tələbini yerinə yetirmək əvəzinə onlarla dava etməyə başlayıb. Novruzova yumruq atan Xuduzadə onun paqonlarını cırıb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər 1149 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR