Bakıda kütləvi dava - Ana və oğlu döyüldü

Bakıda kütləvi dava - Ana və oğlu döyüldü

Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib.

Aktual.az xəbər verir ki, hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.
1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Əraziyə Xətayi Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları cəlb edilib. Dava iştirakçıları bölməyə aparılıb.
 

Aktual.az

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR