Bakıda kirayə qaldığı evin mebelini satdı – 10 il həbs cəzası aldı

Bakıda kirayə qaldığı evin mebelini satdı – 10 il həbs cəzası aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa cəhddə təqsirləndirilən Qadir Tağıyevin və onun həyat yoldaşı Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Report" xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş S.Əmirxanovaya isə şərti cəza verilib.
İttiham aktına əsasən, Q.Tağıyev və onun həyat yoldaşı S.Əmirxanova Bakıda kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebelini satıblar. Onlar müştəriyə mebeli və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə, N.Məmmədovaya xəbər veriblər. Qadının şikayəti əsasında Q.Tağıyev həbs edilib, S.Əmirxanova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Araşdırma zamanı məlum olub ki, Q.Tağıyev başqa şəxsdən hədə-qorxu ilə pul tələb edib.
 
Aktual.az
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR