Bakıda işsizlik statusuna malik olanların sayı 18 658 nəfər təşkil edir

Bakıda işsizlik statusuna malik olanların sayı 18 658 nəfər təşkil edir

Bu ilin apreli ayının 1-nə Bakıda işsizlik statusu verilmiş şəxslərin sayı 18 658 nəfər təşkil edib ki, onlardan 530 nəfəri işsizlikdən sığorta ödənişi alanlar olub.

Aktual.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji tarixi ilə müqayisədə 2,5% azalıb.
İşsizlikdən sığorta ödənişi alan 530 nəfərə hesablanmış orta aylıq məbləğ 256,40 manat olub. Bakı şəhəri üzrə işsiz şəxslərdən 7 154 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat mart ayının axırına şəhər üzrə cəmi 2 526 nəfərdir, onlardan 1 311 nəfəri fəhlələrdir.
Qeyd edək ki, Bakı üzrə ən çox işsizlik statusuna malik olanlar Suraxanı rayonunda, ən az isə Pirallahı rayonunda qeydə alınıb.
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR