Bakıda iki nəfəri döyüb pulunu ələ keçirən şəxsə hökm oxunub

Bakıda iki nəfəri döyüb pulunu ələ keçirən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəşir Qəhrəmanzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, B.Qəhrəmanzadə istintaqa məlum olmayan bir qrupla əlbir olub 2017-ci il dekabrın 30-da gecə saatlarında Bakı şəhəri, Nəsimi rayon ərazisində Ramil Muradova silahla basqın edib. O, R.Muradovu bıçaqlayıb, dəstə üzvləri ilə birgə zərərçəkmişin cibindən 70 manat pulu və 30manat dəyərində mobil telefonu ələ keçirib.
Bundan başqa, B.Qəhrəmanzadə 2018-ci ildə tanış olduğu İlqar Qəhrəmanovu Nəsimi rayon ərazisində yerləşən yaşayış binasının həyətinə aparıb, onun gözünə yumruqla vurub və ümumilikdə, 88 manat pulunu quldurluq yolu ilə ələ keçirib. 
 
Aktual.az
Xəbər 184 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR