Bakıda II Beynəlxalq konfrans keçirilir

Bakıda  II Beynəlxalq konfrans keçirilir

Bakıda "I Avropa oyunları - Milli Olimpiya Akademiyaları üçün yeni çağırışdır” mövzusunda Avropa Olimpya Akademiyalarının II Beynəlxalq konfransi keçirilir.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, konfransda Almaniya, Estoniya, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumıniya, Çexiya və ümumilikdə 20-ə yaxın ölkənin idman akademiyalarının rektor, professor və direktorları iştirak edir. Tədbir 3 gün ərzində davam edəcək.

Konfransın keçirilməsində əsas məqsəd ictimaiyyətdə olimpiya ideyalarını təbliğ etmək, bu ideyaların insanın inkişafındakı rolunu bir daha diqqətə çatdırmaq və olimpiya hərəkatının dünyaya sülh və əminamanlıq gətirdiyini bir daha vurğulamaqdır.

Konfrans zamanı “Müasir dünyada olimpiya idmanı”, “Şagirdlərin olimpiya təhsili - idmanla məşğul olmaq üçün mühüm motivasiyadır”, “Azərbaycan və Beynəlxalq Olimpiya Akademiyaları arasında əlaqələrin möhkəmləndirilməsi” və başqa bu kimi mövzular müzakirə ediləcək.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR