Bakıda ən çox hansı kitablar oxunur? – SORĞU NƏTİCƏLƏRİ

Bakıda ən çox hansı kitablar oxunur?   – SORĞU NƏTİCƏLƏRİ

Bakı sakinlərinin təqribən yarısı bədii ədəbiyyat oxuyur, ən çox oxunan kitablar isə detektiv romanlarıdır.

Aktual.az  fins.az-a istinadən bildirir ki, bu "ACT Azərbaycan" təşkilatının 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğu da məlum olub. Şirkətdən verilən məlumata görə, sorğuda iştirak etmiş respondentlərin 47%-i son bir ildə bədii ədəbiyyat oxumadığını bildirib. Rəyi soruşulanların 15 %-i bədii əsərləri ayda bir dəfə, 13%-i isə ildə bir dəfə oxuduqlarını bildiriblər.
63 % respondent son bir ildə qeyri ədəbiyyat oxumadığını bildirib. Hər gün mütaliə edənlər isə 14 % təşkil edir.
17 % respondent hər gün dini mövzularda kitablar oxuyur. 57% respondent isə son bir ildə ümumiyyətlə dini ədəbiyyatla maraqlanmayıb.
Sorğuda iştirak etmiş respondentlərin 31%-i detektiv janrda yazılan kitabları oxumağa üstünlük verir. Rəyi soruşulanların 24%-i məhəbbət, 22%-i isə tarixi romanları seçdiklərini bildiriblər.

Gənc (18-34 yaş aralığı) və ahıl (55 yaş və daha yüksək) nəslin nümayəndələri detektiv janrında yazılmış əsərləri daha çox bəyənir (müvafiq olaraq 35% və 30%). Orta nəslin nümayəndələri üçün (35-54 yaş aralığı) tarixi romanlar daha cəlbedicidir.
Son bir ildə mütaliə edənlərin 55%-i azərbaycan ədəbiyyatını, 24%-i azərbaycan dilinə tərcümə olunmuş xarici ədəbiyyatı, 18%-i isə rus dilinə tərcümə olunmuş ədəbiyyatı oxuduqlarını bildiriblər. Əsərləri orijinal dildən mütaliə edənlərin faizi 21-ə bərabərdir.
Xarici ədəbiyyat sevənlər rus (63%), ingilis (23%), türk (7%), ərəb (5%) və ispan (1%) müəlliflərinin əsərlərini oxumağa üstünlük verirlər.
Əcnəbi əsərlərin azərbaycan dilinə tərcüməsindən razı qalanlar sorğuda 31% səs toplayıb. Narazılar isə 16%-ə bərabərdir.
Əsərləri elektron formatda oxuyanlar sorğuda 36% nəticə göstərib. Bu göstəricinin 51%-ni 18-34 yaş aralığında olan oxucular təşkil edib. Mütaliənin ənənəvi formasına - kitablara sadiq qalanlar isə 83% təşkil edib.
Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR