Bakıda əcnəbi vətəndaşda heroin aşkarlanıb

Bakıda əcnəbi vətəndaşda heroin aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində əvvəllər məhkum olunmuş əcnəbi vətəndaş saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Sabunçu qəsəbəsində yaşadığı evdən əlavə olaraq 96 qrama yaxın heroin götürülüb.
Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR