Bakıda çay evində 29 yaşlı qızı döydülər

Bakıda çay evində 29 yaşlı qızı döydülər

Bakıda çay evlərindən birində xuliqanlıq hadisəsi baş verib.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 1988-ci il təvəllüdlü Yeganə Rəsulova bildirib ki, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 6 ünvanındakı çay evində tanışı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçi qadın onu döyən şəxsin adının İlkin olduğunu, lakin həmin şəxs barəsində başqa məlumatının olmadığını deyib.

Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR