Ötən gündən başlayaraq paytaxt Bakıda binaların istiliklə təchizatına başlanılıb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Azəristiliktəchizat”ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev deyib.
Onun sözlərinə görə, bu il bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib.
“Heç bir problem yoxdur və qışa tam hazırıq. Noyabrın əvvəlində hidravlik təzyiqlə xətləri yoxlamışıq, heç bir problem qeydə alınmayıb”.
R.Əliyev qeyd edib ki, 2015-2016-cı il payız-qış mövsümündə 2600-dən çox yaşayış binasının istiliklə təmin olunması nəzərdə tutulub: ““Azəristiliktəchizat” ASC-nin mənbələrinə qoşulmuş bütün səhiyyə ocaqları, məktəblər və məktəbəqədər təhsil müəssisələri istilik sistemi ilə təmin olunacaq. Bakı şəhərində elə bir məktəb olmayacaq ki, istiliklə təmin olunmasın”.
Qeyd edək ki, hazırda Bakının bir çox yerlərində qazanxanalar hazır olmadığından istilik sisteminin verilməsinə başlanılmayıb.