Bakıda beynəlxalq sığorta forumu keçiriləcək

Bakıda beynəlxalq sığorta forumu keçiriləcək

İyunun 23-24-də Bakıda Qafqaz regionunun ən böyük sığorta tədbiri - VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) keçiriləcək.

Aktual.az xəbər verir ki, tədbirdə dünyanın 20 ölkəsindən 200-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edəcək.

İki gün davam edəcək Forumda Azərbaycanın və regionun sığorta bazarı üçün aktual mövzulara toxunulacaq.

Sığorta forumunda kənd təsərrüfatı sığortası, bu sahədə beynəlxalq təcrübə və modellər, risklərin adekvat qiymətləndirilməsi və risklərin əhatə olunması üçün əsas həllər, regionlar üzrə kənd təsərrüfatf sığortası modelləri, bu sahənin dövlət tərəfindən tənzimlənməsi kimi məsələlər diqqət mərkəzində olacaq.

Eləcə də forumda avtomobil sığortası, bu sahədə zərərlərin qiymətləndirilməsi üzrə tariflər və sistemlər, proseslərin elektronlaşdırılması, yeni satış kanalları ilə bağlı təqdimat və çıxışlar olacaq.

AİİF-2016-da yeni sığorta məhsullarının yaradılması, həyat sığortası, bank sığortası, bu sahədə banklarla əməkdaşlıq, paket sığorta məhsullarının inkişafı və bununla əlaqədar mövzular üzrə müzakirələr, təqdimatlar və çıxışlar nəzərdə tutulur.

Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR