Bu gün Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilib.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb.
O, biznes forumda 50-yə yaxın şirkətin iştirak etdiyini bildirib.
"İsveçrə Azərbaycandan qeyri-neft məhsullarının ixracı sahəsində ilk sırada olan ölkələrdəndir. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 46% çoxdur. Bu ilin ilk 5 ayında isə idxal-ixrac əməliyyatları illik müqayisədə 43% artıb. Azərbaycanda 71 İsveçrə şirkəti dövlət qeydiyyatına alınıb. Onlar ölkə iqtisadiyyatına 730 mln. ABŞ dolları məbləğində investisiya qoyub. Azərbaycan isə İsveçrəyə 1,2 mlrd. dollar investisiya yatırıb".
Aktual.az
Xəbər 354 dəfə oxunub.