Bakıda axtarışda olan ata və oğlu polisə təslim olublar

Bakıda axtarışda olan ata və oğlu polisə təslim olublar

Adam öldürməyə cəhdə görə axtarışda olan ata və oğlu polisə təslim olublar.


Bu barədə Aktual.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.

 
Aktual.az
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR