Bakıda aptekdən xeyli miqdarda pul oğurlandı

Bakıda aptekdən xeyli miqdarda pul oğurlandı

Bakıda aptekdən xeyli miqdarda oğurluq edilib.

Aktual.az  report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 50 ünvanında yerləşən aptekdə qeydə alınıb.
Belə ki, naməlum şəxs aptekin qapısını sındıraraq içəri daxil olub və kassada olan 2 470 manat pulu oğurlayaraq ərazini tərk edib.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşları oğurluq əməlini törədən şəxsin izinə düşərək onu tutub və istintaqa təhvil veriblər. Onun Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Müşviq Rzayev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR