Bakıda anbardan 22 000 manatlıq bilyard masası oğurlanıb

Bakıda anbardan 22 000 manatlıq bilyard masası oğurlanıb

Bakıda anbardan 22 000 manat dəyərində bilyard masası oğurlanıb.

Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22 000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü Polis Şöbəsinə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Qafarov və R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəbər 189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR