Bakıda ağır yol qəzası - xəsarət alanlar var

Bakıda ağır yol qəzası   - xəsarət alanlar var

Bu gün səhər saatlarında Abşeron rayonunun Novxani qəsəbəsi ərazisində dəhşətli avtobus qəzası baş verib.

“20 yanvar-Novxanı” marşrutu üzrə hərəkət edən 35 saylı xətt avtobusu Novxanı qəsəbəsi istiqamətində idarəetməni itirərək yoldan kənara çıxıb.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, məlumata görə, hadisə yerinə təcili-tibbi yardım maşınları və yol polisi cəlb edilib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR