Bakıda ağır qəza - Fotolar

Bakıda ağır qəza   - Fotolar

Bakının Babək prospektində yol qəzası baş verib.

"Jeep Grand Cherokee" markalı, 90-DL-068 dövlət nömrə nişanlı avtomobillə "Mitsubishi" markalı, 90-PC-446 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Zərbənin təsirindən "Jeep" yoldakı işıq dirəyinə dəyərək aşırıb, daha sonra isə yol kamerasının dirəyinə dəyərək dayanıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.//APA.az




Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR