Bakıda 70 yaşlı qadın evində öldürülüb

Bakıda 70 yaşlı qadın evində öldürülüb

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR