Bakıda 7-ci Qlobal Forum öz işinə başlayır

Bakıda 7-ci Qlobal Forum öz işinə başlayır

Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayır.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, forumda Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredovun, Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Limin, Mərakeşin Dini Yardım və İslam İşləri naziri Əhməd Toufiqin, Birləşmiş Ərəb Əmirliyinin Tolerantlıq naziri Şeyxa Lubna Əl-Qassiminin və xarici işlər naziri Jasem Əl-Əlinin, İsveçin təhsil naziri Gustav Fridolinin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr şurasının naziri Ganim Bin Fadhil Əl-Buaynaynın, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin, Sierra Leonun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesayın habelə digər ölkələrin hökumət və dövlət nümayəndələrinin iştirakı gözlənilir.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə ediləcək. Forum regional liderlər, qadınlar, idman növləri, gənc və təhsil mövzuları da daxil olmaqla, inklüziv cəmiyyətlərin yaradılması ilə bağlı müzakirə və fikir mübadiləsinin aparılmasına yardım edəcək. 

Forumda, həmçinin ümumiləşmə və nifrətin aradan qaldırılması əks təsiri yolu ilə sosial inteqrasiyanın artımında KİV-in məsuliyyəti və imkanları müzakirə olunacaq. 

Forumda sabah çıxış edəcəklər:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri, 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakıda həm də Gənclər forumu keçiriləcək. Forumda dünyanın 110 ölkəsindən təxminən 150 gənc lider iştirak edəcək. 

Forum Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcək.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR