Bakı və Moskva birgə dərman istehsal edəcək

Bakı və Moskva birgə dərman istehsal edəcək

Bu gün Bakıda təşkil edilən Azərbaycan-Rusiya biznes forumda iki ölkə arasında 4 sənəd imzalanıb.

Aktual.az bu barədə APA-ya istinadən xəbər verir.

Bunlardan biri “Azpromo” və “İşgüzar Rusiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq memorandumu olub.

“Azpromo” “Viktoriya Esteyt” MMC arasında Moskva vilayəti və Azərbaycan ərazisində sənaye və kənd təsərrüfatı sahələrində investisiya layihələrinin təşkili haqqında memorandum imzalanıb.

Həmçinin “Azpromo” və “Bank VTB (Azərbaycan)” ASC əməkdaşlıq memorandumu imzalayıblar.

Sonuncu memorandum isə “Vita A”, Azərbaycan İnvestisiya Şirkətin və “R Farm” şirkətləri arasında imzalanıb.

Sənədə əsasən, Azərbaycanda əczaçılıq istehsalı təşkil olunacaq.

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR