Bakı və İrəvan danışıqlara qayıtmalıdır - ATƏT PA

Bakı və İrəvan danışıqlara qayıtmalıdır - ATƏT PA

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Pere Xuan Pons Ermənistan-Azərbaycan sərhədində dərhal və davamlı atəşkəsin elan edilməsi ilə bağlı beynəlxalq çağırışlara qoşulub.
 
Aktual.az xəbər verir ki, bu barədə ATƏT PA-nın Mətbuat Xidməti məlumat yayıb.
 
"Asambleya Ermənistan və Azərbaycan sərhəddində baş verən silahlı toqquşmaları böyük narahatlıqla izləyir. Döyüşlər dayandırılmalı və hər iki ölkə hərtərəfli sülh müqaviləsi bağlamaq üçün konstruktiv danışıqlar yoluna qayıtmalıdır”, - ATƏT rəsmisi bildirib.
 
ATƏT Parlament Assambleyasının vitse-prezidenti davam edən toqquşmaların son iki ildə əldə edilən irəliləyişlərə xələl gətirməklə yanaşı, həm də insan itkisinə səbəb olduğunu qeyd edib.


Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR