Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı iki dəfə artıb

Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı iki dəfə artıb

Bakı-Sumqayıt avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar yolda uzun tıxac yarandığından, bu istiqamətdə hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayında xeyli artım müşahidə olunur.


Aktual.az  Trend-ə istinadən xəbər verir ki, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, iyunun 28-dən etibarən Bakıdan 18:30-da, Sumqayıtdan isə saat 08:00-da yola düşən elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Qeyd edək ki, adi günlərdə Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları ilə 5 min sərnişin daşınırdısa, 28 iyunda sərnişin sayı 10 836 nəfərə çatıb.

 
Aktual.az
Xəbər 208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR