Bakı- Sumqayıt qatarı yolda qaldı

Bakı- Sumqayıt qatarı yolda qaldı

Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

Aktual.az-ın azvision.az-a istinadən məlumatına görə, Bakıdan saat 19:00 radələrində reysə düşən qatar bir neçə dəqiqə yol qət etdikdən sonra dayanıb. Sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.

Qatarın hansı səbəbdən dayanması məlum deyil. İlkin ehtimallara görə, qatarda texniki nasazlıq baş verib.

Problem həll edildikdən sonra hərəkət 19:35-da bərpa edilib

Aktual.az

Xəbər 587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR