Bu gün saat 13:30 radələrində Bakı-Quba yolunun təxminən 95-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Ataçay çayının üstündəki körpüdə yol qəzası baş verib.
Aktual.az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, "VAZ 2107” markalı, 90-HL-497 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək aşıb.
Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Xəbər 517 dəfə oxunub.