Bakı metrosunda nasazlıq – FOTO

Bakı metrosunda nasazlıq   – FOTO

“Qapı açıq vəziyyətdə qatarın hərəkət etməsi qeyri-mümkündür”.

Bu gün “Bakı Metropoliteni”ndə nasazlıq baş verib.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şahidləri bildiriblər ki, qatarın qapısında problem olub, belə ki, o açıq qalıb.

Verilən məlumata görə, “Bakı Metropoliteni” QSC-nin əməkdaşı qatar hərəkətdə ola-ola onu təmir etməyə çalışıb. Hadisə şahidləri bunu lentə alıblar.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, qatarın qapısında nasazlıq olub, amma qapı açıq ola-ola qatar hərəkət etməyib:

“7 saylı marşrutun qapısında nasazlıq olub. Təlimatçı da baxış keçirib və problem həll olunub. Əgər şəklin üst tərəfinə fikir versəniz görərsiz ki, orda lyuk var, onu açıb və düzəldib. Amma yenə deyirəm, qapı açıq vəziyyətdə qatarın hərəkət etməsi qeyri-mümkündür”.

Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR