“Bakı Metropoliteni”nin nizamnamə kapitalı 2,6 mlrd. manata çatdırılıb

“Bakı Metropoliteni”nin nizamnamə kapitalı 2,6 mlrd. manata çatdırılıb

2017-ci ildə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnamə kapitalı artırılıb.

Bu barədə "APA-Economics” "Bakı Metropoliteni” QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, "Bakı Metropoliteni”nin nizamnamə kapitalı 33 mln. 763 min 683,52 manat və ya 1,31% artırılıb.
Bununla da "Bakı Metropoliteni”nin nizamnamə kapitalı 31.12.2017-ci il tarixə 2 mlrd. 614 mln. 402 min 80,72 manata çatdırılıb.
 
Aktual.az
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR