Bakı Metropoliteninin gəlirləri artıb

Bakı Metropoliteninin gəlirləri artıb

Cari ilin yanvar-may aylarında metrodan istifadə edən sərnişinlərin sayı artıb.

Aktual.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə sərnişinlərin 12,7 faizi metro nəqliyyatdan istinadə edib.
Metro ilə gedib-gələn sərnişinlərin sayı 97,5 milyon nəfər olub. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artım deməkdir. 
Nəzərə çatdıraq ki, apreldə metrodan istifadə edənlərin sayı 76,0 milyon nəfər olub. 2016-cı ilin hesabat dövrü ilə müqayisədə artım 5,8 faiz təşkil edib.
Xatırladaq ki, ötən ilin əvvəlində metrodan istifadə edən sərnişinlərin sayı azalmışdı.
 
Aktual.az
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR