“Bakı Metropoliteni”dən sərnişinlərə “Yeni il” sürprizi – FOTO

“Bakı Metropoliteni”dən sərnişinlərə “Yeni il” sürprizi – FOTO

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında növbəti dəfə bayram əhvalı yaşadıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu gündən etibarən metro stansiyalarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirə start verilib. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edəcək.

Tədbirə "28 May” metro stansiyasından start verilib. Tədbirdə Şaxta baba və Qar qız obrazlarında "Bakı Mertopoliteni” QSC-nin rəhbər işçiləri – qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayevadır.

Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb. Tədbir 2 gün davam edəcək.

Xatırladaq ki, "Bakı Metropoliteni” QSC ötən il də bu cür tədbir keçirmişdi.
 

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR