Bakı metrolarında təhlükəsizlik tədbirləri gücləndirildi

Bakı metrolarında təhlükəsizlik tədbirləri gücləndirildi

Səhər saatlarından başlayaraq Bakı Metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib, sərnişinlərin ciddi şəkildə yoxlanılmasına start verilib. 

Bütün sərnişinlərin yoxlanılması stansiyalarda basa-basa səbəb olub.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  açıqlamasında bildirib ki, metrolarda aparılan yoxlamalar hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirlərinin gücləndirməsiylə bağlı tədbirlər planı ilə əlaqədardır: “Yoxlamalar çox yaxşı bir haldır. Ölkədəki vəziyyət göz qarşısındadır. Ona görə də ehtiyat tədbirləri görülür. Bütün yoxlamalar təxribatların və baş verə biləcək hər hansı neqativ halların qarşısını almaq üçündür”. 

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR