Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirilib

Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirilib

Avqustun 10-da Bakı-Məşhəd reysinin ilk uçuşu həyata keçirilib.
 
Dünən baş tutan ilk uçuşda İranın Azərbaycandakı səfiri Möhsin Pakayin, parlament nümayəndələri, jurnalistlər və bir neçə Əhli-Beyt (ə) şairi Məşhədə uçublar.
 
Sözügedən reys həftədə iki dəfə (bazar və 3-cü günlər) həyata keçiriləcək. 
 
"Sevinirik və Allaha şükür edirik ki, bu gün Azərbaycanın Əhli –Beyt (ə) tərəfdarları çoxdankı arzularına çatdılar və Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirildi." Bunu açıqlamasında İranın azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
 
M.Pakayin deyib ki, bu reysin açılması ziyarətdən başqa Azərbaycan və İran arasında ticarət və turizmin inkişafına da təkan verəcək. "Xorasan Rəzəvi əyalətində ticarət və investisiya üçün geniş potensial mövcuddur və ümid edirik ki, bu aviareysin açılamsı ilə həmin əyalətdəki iqtisadi, sənaye və turizm potensialından geniş istifadə edəcəklər.”
 
Bakı-Məşhəd reysini "ATA Airlines" şirkəti 150 nəfərlik AirBus 320 təyyarəsi ilə həyata keçirəcək. (maide.az)
Xəbər 1060 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR