Bakı məktəblərində diaspor dərsləri keçiriləcək

Bakı məktəblərində diaspor dərsləri keçiriləcək

Yaxın vaxtlarda paytaxtın bir sıra orta ümumtəhsil müəssisələrində diaspor dərslərinin keçirilməsi layihəsinə start veriləcək.

Aktual.az xəbər verir ki, bu barədə məlumatı salamnews-a Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə verib.

Bildirib ki, artıq məsələ ilə bağlı Təhsil Nazirliyindən ilkin razılıq alınıb: "Məktəblərdə diaspor dərslərinin keçirilməsi üçün Təhsil Nazirliyinə yazılı müraciət etmişdik. Nazirlik də, öz növbəsində, müraciətimizə müsbət cavab verib".

Fuad Hüseynzadə deyib ki, layihənin 3 ay həyata keçirilməsi planlaşdırılır: "Təbii ki, bu məsələ də Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra dəqiq müddət bilinəcək. Eyni zamanda dərslərin hansı məktəblərdə keçirilməsi də müəyyənləşdiriləcək".

DJB sədri deyib ki, dərslərdə şagirdlərə Azərbaycan diasporunun keçmişi, bu günü, qarşıda duran vəzifələr, eləcə də dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışılacaq.

Milli.Az

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR