“Bakı Marafonu - 2016”nın qalibi ailə qurur

“Bakı Marafonu - 2016”nın qalibi ailə qurur

"Bakı Marafonu - 2016”nın qalibi Namiq Əsədov ailə həyatı quracaq.
 
Bu barədə "Report"a gənc idmançının özü məlumat verib.
Hazırda "Bakı Marafonu - 2017”nin təlimçisi olan N.Əsədov bildirib ki, toy mərasimi martın 18-də keçiriləcək. Onun sözlərinə görə, toyu ilə əlaqədar IV təlim həftəsinin vaxtı dəyişdirilib. Növbəti təlimlər həftəsonu deyil, 25 - 26 mart tarixlərində baş tutacaq.
Qeyd edək ki, "Bakı Marafonu - 2017”də iştirak etmək istəyənlər üçün Namiq Əsədovun rəhbərliyi ilə hər həfənin şənbə günləri qapalı, bazar günləri isə açıq hava məşqləri təşkil olunur. Aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək.
 
Aktual.az
Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR