Bakı keçmişi unutmayıb, “status” verməyəcək

Bakı keçmişi unutmayıb, “status” verməyəcək

Bu gün Moskvada Ermənistan və Azərbaycan arasında münaqişənin həlli ilə bağlı xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılacaq. Bütün müzakirə ediləcək məsələlər köhnədir - birinicisi, Qarabağın Azərbaycan ərazisi olmasının Ermənistan tərəfindən tanınması ilə sülh müqaviləsinin imzalanması; ikincisi, Zəngəzur nəqliyyat dəhlizi, eləcə də digər nəqliyyat dəhlizləri; üçüncüsü isə sərhədin demarkasiyası və delimitasiyası. Və bu mövzularda da bütün fikir ayrılıqları köhnədir.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Əsas odur ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi tanımasına hazırdır, amma Qarabağ ermənilərinin muxtariyyətini tələb edir. Azərbaycan isə xatırlayır ki, Qarabağda ermənilərin keçmiş muxtariyyəti Birinci Qarabağ müharibəsi və azərbaycanlıların etnik təmizləməsi ilə çox pis başa çatıb. Bakı Azərbaycanın çoxmillətliliyini nəzərə alaraq, muxtariyyət olmadan ermənilərə digər xalqlar kimi ölkəsində yaşamağı təklif edir. Onlar isə Birinci Qarabağ müharibəsinin qisasının alınmasından və azərbaycanlıların onlara qarşı etnik təmizləmə aparmasından qorxurlar. Vəziyyət dalana dirənib”, - o bildirib.
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR