Bakı-Gəncə qatarı ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Bakı-Gəncə qatarı ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Bu günə qədər Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə 30 mindən çox sərnişin daşınıb.

Aktual.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov "Azərbaycan” qəzetindəki məqaləsində bildirib. 
Onun sözlərinə görə, bu qatarın hər reysinə orta hesabala 400-500sərnişin düşür. 
Xatırladaq ki, Bakı-Gəncə qatarı ötən il dekabrın 30-da işə salınıb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqədir. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (61 yer) və Standart (293 yer) olmaqla, cəmi 363 yer var. Sərnişin qatarında gediş haqqı standart sinif üzrə 10, biznes sinif üzrə 25, birinci klass sinfi üzrə isə 100 manatdır.
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR